“Qarabağ” 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.
Korner.az-ın məlumatına görə, klub “İnter”dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İnter” klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.
Ağabala Ramazanov bu gün komandamızın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.
