Qış transfer pəncərəsinin açılmasına hələ bir müddət zaman var. Amma artıq bəzi informasiyalar yayılmayağa başlayıb.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın “Xəzər Lənkəran”dan Ağabala Ramazanovu heyətinə qatmaq istəməmi barədə xəbərlər yayılıb. Gənc hücumçunun hələ Lənkəran klubu ilə müqaviləsi olsa da, Ağdam təmsilçisi transferi gerçəkləşdirməkdə israr edir. Hazırda tərəflər arasında danışıqlar aparılır.
“Qarabağ”dan Ramazanovun maraq dairələrində olmaları barədə xəbəri təsdiq etsələr də, ətraflı açıqlama verilməyib.
