big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Ağ-qara” komediya (YAZI)

08.06.2015 , 05:20

“Qarabağ”la “Neftçi” arasında keçirilən ölkə kubokunun finalından əvvəl hər iki klubun cəbhəsində fərqli ab-hava hökm sürürdü. Mövsümü çempion kimi başa vurmuş, Avroliqada 1\16 final biletini hakim səhvi üzündən itirmiş, “Qarabağ” bu görüşə “qızıl dubl” üçün çıxırdısa,  “Neftçi”də vəziyyət daha faciəvi idi. Çempionatı 4-cü pillədə başa vurmuş, ardıcıl 7 tur qələbə qazana bilməmiş “Neftçi” Qəbələdə ölüm-dirim matçına çıxırdı. Amma nə edək ki, tale “flaqman”ın üzünə gülmədi.   Yox, yox elə düşünməyin ki, mən kubokun finalındakı məğlubiyyəti “Neftçi”nin bəxtsizliyi ilə əlaqələndirirəm,  mənim az öncə “günahı taleyin üstünə atmağım” şərti məna daşıyır. Ən acınacaqlısı o idi ki, oyundan əvvəl də “Neftçi”nin qələbə qazanması üçün rasional səbəb yox idi, yalnız az-çox Flavinyodan nəsə gözlənilirdi,  onun da görüşdə zədə üzündən çıxış edə bilməyəcəyi məlum olanda son ümid qığılcımları da söndü. 

Son 3 ildə meydandakından çox, ondan kənarda “çıxardığı oyunlarla” həmrəy olan “flaqman”da vəziyyətin bundan sonra düzələcəyinə necə inanasan?  Xatırlayırsızsa, hələ 2 ay öncə Çingiz Abdullayev prezident postuna təyinat aldığı dönəmdə “Neftçi”də ona qədər baş vermiş detektiv janrlı romanlara mövzu ola biləcək hadisələri diqqətinizə çatdırmışdım. Çingiz Abdullayevin prezident postuna təyinat aldığı gün verdiyi açıqlama məndə vəziyyətin hardasa düzələcəyinə dair ümid yaratmışdı. Lakin qısa müddət keçəndən sonra bu təyinatın formal xarakter daşıdığını, Elxan Məmmədov və “dəstəsi”nin “Neftçi”ni “ələ almaq” yönündəki planı zamanı görkəmli “xalq yazıçısı”nınnüfuzundan istifadə  cəhdini anladım. Əvəzində Çingiz Abdullayev günü-gündən ictimaiyyətin gözündən düşür. İlk qalmaqal isə özünü çox gözlətmədi. “Neftçi”nin Müşahidə Şurasının tərkibinin təsdiqləndiyi iclası bir çox jurnalist qapı arxasından izləməli oldu. Yəqin ki, həmin iclasa buraxılmayan jurnalistlərə nəyə görə belə münasibət sərgiləndiyini başa düşdüz.“Neftçi”nin adına yaşanan həmin olay, klubun milli mətbuatımıza saymazyana münasibətini açıq-aşkar sərgilədii. Necə deyərlər: “Dəqiqə bir, qol bir”.

İndi isə sizə Çingiz Abdullayevin aprelin 2-də verdiyi açıqlamanı bir də xatırlatmaq istərdim: “Hamısından xəbərim var. Baxmayaraq ki, yazıçıyam, amma ilk peşəm hüquqşünaslıqdır. Belə əhvalat olsa, söz verirəm ki, liberal olmayacağam. Həmin dəqiqə özünü apara bilməyən insanlar buradan rədd olub gedəcəklər. Ona görə ki, futbol dünyada bir nömrəli idman növüdür. Futbola ilk növbədə cavanlar gəlir.futbolçu meydanda özünü heyvan kimi aparırsa, ona baxan da belə edəcək. Mən kitab yazanda düşünürəm ki, yazdığım insanları tərbiyə etməlidir. Futbol da belə olmalıdır. “Fair-play” qaydaları var. Futbolçu dalaşsa, söyüşsə, hakimi təhqir etsə, artıq bu, futbol olmaz. Çalışacağıq ki, nümunəvi komanda olaq. Dava, söyüş, təhqir olsa, həmin adamlar komandada qalmayacaq. Ya mən qalacağam, ya onlar. Mən sərt adamam”.  

Buna rəğmən “Neftçi”dəki futbola yaraşmayan hallar başa çatmadı.  Klubun qazandığı qələbə sayı ilə, adının hallandığı qalmaqal sayı tərs mütənasib olaraq artmaqdadır. Çingiz bəyin verdiyi bu açıqlamadan cəmi 5 gün sonra (!!!) syerre-leoneli Julius Vobay Zaqatalada “Simurq” azarkeşlərinin qarşısında ədəbsiz jest göstərdi. Hər nə qədər Vobay sonradan üzr istəsə də, “qatar artıq getmişdi”.  Onu da qeyd edim ki, “Simurq”la oyun “ağ-qaralar”ın bu mövsüm çempionatda qələbə qazandığı son görüşdür. Bir də “Neftçi”də növbəti zəlzələ mayın əvvəllərində baş verdi. Belə ki, başda “Neftçi”nin 10 illik operatoru, Qarabağ döyüşlərində iştirak etmiş Dadaş Zeynalov olmaqla, bir çox şəxs işdən çıxarıldı. Əsasən də, Sadıq Sadıqova yaxınlığı ilə tanınan şəxslərin ciddi səbəb göstərilmədən “flaqman”dan qovulmasına bir çoxu Elxan Məmmədovun “təmizləmə” əməliyyatı kimi yanaşır. 

Daha sonra “Neftçi”nin marketinq və sponsorlarla iş departamentinin əməkdaşı Çingiz Həsənovun öz rəsmi “facebook” səhifəsində paylaşdığı məlum ismarıc növbəti rezonans doğurdu. Əslinə qalsa, həmin statusun “quru pafos”un təzahürü olduğunu anlamaq o qədər də çətin deyil. Ən dəhşətlisi isə “İnter”ə 0:4 hesablı məğlubiyyətdən sonra uzun müddət mətbuat qarşısına çıxmamış Çingiz Abdullayevin çempionatın son turundakı AZAL-la görüşdən sonra bu hadisəyə verdiyi şərh idi: “Lakin bəziləri düz demir. Bunu araşdırmışam. O, “facebook”da yazışanda bunu kimsə əldə edib üzə çıxardıb “ Bu açıqlama istər-istəməz insanda gülüş doğuru. Çünki Çingiz bəyin adaşı sözügedən yazını şəxsi mesaj kimi yox, status kimi, publikaya açıq şəkildə dərc etmişdi! Bu da özlüyündə Abdullayevin “araşdırması”nın nə qədər cılız faktlara dayandığınıın sübutudur. Yox, mən bunun günahını məşhur yazıçıda görmürəm, əlbəttə, ola bilər, texnologiya ilə o qədər yaxından tanış deyil, bunda bir qəbahət yoxdur. Amma digər tərəfdən, kiminsə öz səhvini yumaq üçün onun bu “zəifliyi”ndən istifadə etmə ehtimalını istisna etmirəm.

Və ən son olaraq gələk, Arif Əsədovun “Neftçi”dən müəmmalı şəkildə ayrılmasına. Kubokun finalı saat 23:00-da başa çatdı, təxminən 20-25 dəqiqə mükafatlandırma mərasimi keçirildi,  finalın başa çatmasının üstündən heç 1 saat keçməmiş klubun rəsmi saytında Əsədovla yolların ayrılması xəbəri dərc olundu. Bu nə biabırçılıqdır? “5 yaşlı uşaq” da  başa düşə bilər ki, həmin mətn oyundan əvvəl hazır yazılıb, kubokun finalındakı nəticəyə əsasən dərc olunub-olunmayacağı müəyyən ediləcəkdi.  Yerli baş məşqçiyə hörmətsizlik, saymazyanalıq bizim klubların “qanına işləyib”.  Olmazdı ki, Arif Əsədov və komandasının Qəbələdən qayıtmasını gözləyərdiz, futbolçular və Əsədovla yenidən iclas keçirib,  yekun qərarınızı elan edəydiz? Elə-belə də “biz hər zaman yerli məşqçilərə etimad göstərmişik” deyən siz deyildiz? Klubda normal transfer siyasəto yox, maddi vəziyyətin pis olduğu hər kəsə bəlli, baş məşqçinin sərəncamına  düz-əməlli futbolçu verməmisiz, hələ bir uğur da istəyirsiz? “Neftçi”ni “hazır maşın” hesab edənlərin diqqətinə çatdırım ki, bu komandaya Mourinyonu da gətirsəz, uğur qazana bilməzdi.   Hə, az qala yadımdan çıxmışdı. Klubun rəsmi saytında sözügedən xəbərin başlığı belə idi: “ Müşahidə Şurasının iclası keçirildi”.  Sözün düzü, həmin iclasın baş tutduğuna o qədər də inanmıram, lap keçirilibsə belə, üzvlərin bu cür “operativliyi”nə bilmədim gülüm, ya ağlayım. Təxmini olaraq,  həmin iclası öz nəzərimdə canlandırmağa çalışdım və belə bir şey alındı:

– Əziz Müşahidə Şurası üzvləri, iclasımızı açıq elan edirik!

– Qardaş, bu nə “iclasbazlıq”dır? Camaat yatıb, ev-eşiyində, siz gecənin bir aləmində bizi yığmısız bura.

– Üzr istəyirəm, amma nə edək ki, gördüyünüz kimi, kubokda da “Qarabağ”a məğlub olduq, Bununla bağlı təcili nəsə etməliyik.
– Əşi, “Neftçi”nin udan günü var ki?

– Dostlar, bizim komandaya yeni futbolçular, yeni nəfəs lazımdır, gəlin növbəti mövsümdən heyətə güclü futbolçular cəlb edək, yeni bir komanda quraq, Arif Əsədova vaxt verək.

– (gülürlər) Yeni bir komanda quraq? Arif Əsədova vaxt verək? Müəllim, “Neftçi” “hazır maşın”dır,  benzin tök, sür get.  Hədəfi başqa yerə yönəltmiliyik ki, qələbəsiz oyunların günahı Müşahidə Şurasında görülməsin. Yoxsa “Neftçi”nin vəziyyətii məni o qədər də maraqlandırmır.

– Ə, burda bu qədər düşünəcək nə var ki? Arif Əsədovu göndərək getsin də! Elə buna görə bizim yuxumuza “haram” qatıb, çağırdız bura?

– Hə, məncə də elə etmək lazımdır. 

– Afərin, uşaqlar! Çox ağıllı və tədbirli qərar qəbul etdiz! Yeni baş məşqçi gələcək, dərdlər bitəcək. Gözləyin, elə bu dəqiqə bu haqda xəbəri rəsmi sayta yerləşdirmək lazımdır.

– Bəlkə, qərarın ictimaiyyətə açıqlanmasını bir az gecikdirək? Heç olmasa, sabaha saxlayaq. Baş məşqçiyə, onun əməyinə  hörnətsizlik olur axı.

– Əşi, nə hörmətsizlik? Sən də elə danışırsan ki, guya bizi tanımırsan? Az çıxmışıq belə oyunlardan? “Ürəyinizi  buz kimi saxlayın” Arif özümüzküdür, “ağzı nədir” etiraz etsin…

Ürfan Məmmədzadə

Son yazılar

To Top