Aftandil Hacıyev: “Qarabağ” çempionatda bütün komandalar üçün çətin rəqibdi”
28.10.2019 , 22:00

Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Səbail” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev oyunla bağlı fikirlərini bildirdi.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
Maraqlı oyun alındı. Təhlükəli epizodlar yarada bildik. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki komanda qazana bilərdi. ” Qarabağ” kimi rəqibə qarşı belə mübarizə aparmaq yaxşıdı. İkinci dövrədə xal qazana bilməmişik. Bu oyunu unudub, növbəti oyunlara baxmalıyıq.
“Qarabağ”dan 1 xal almağın yollarını tapa bilməmisiz?
“Qarabağ” çempionatdakı bütün komandalar üçün çətin rəqibdi. Futbolçular əlindən gələni etdi. Bu oyunla bağlı çox danışmaq istəmirəm.
Mina Musayeva
