Premyer Liqa

Aftandil Hacıyev: “Elə də pis oynamadıq”

18.08.2018 , 20:51

Topaz Premyer Liqasının II turunda “Qarabağ” “Səbail”in qonağı olub. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavabladırıb. O, əvvəlcə matç haqda danışıb:

“Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Bugünki oyun deməzdim ki, istədiyimiz tam alınmadı. “Qarabağ” kimi komadaya qarşı oyunda bir neçə qol epizodu yaxaladıq. Oyundan-oyuna hiss edirəm ki, müsbətə doğru dəyişiklik var. Sadəcə itkilərimiz var, zədəli oyunçularımmz var. Çempionatın əvvəlləridir. Təqvim də hələki bizim üçün uğrsuzdu. Güclü komandalarla qarşılaşmışdıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.”

 

 

Son yazılar

Yuxarı