Afrikanın ən yaxşı futbolçusu
08.01.2020 , 14:39

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Misirin Xurqad şəhərində keçirilən mərasimdə “Liverpul”un seneqallı futbolçusu Sadio Mane mükafata layiq görülüb. 27 yaşlı futbolçu ilk dəfə bu mükafatı qazanıb.
O, “Liverpul”dakı komanda yoldaşı misirli Məhəmməd Salahla əlcəzairli Riyad Mahrezi (“Mançester Siti”) qabaqlayıb.
Son iki ildə Afrikanın ən yaxşı futbolçusu adına Məhəmməd Salah layiq görülmüşdü.
