Afrika qitəsinin 2014-cü ildə ən yaxşı futbolçusunun adı bəlli olub.
Korner.az-ın məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture bu titula sahib çıxıb.
O, ardıcıl dördüncü dəfədir ki, Afrikanın ən yaxşı oyunçusu seçilir. Kot D`İvuar millisinin üzvü bu göstəricidə kamerunlu Samuel Eto`Onu qabaqlayır.
