Afrika Futbol Konfederasiyası “qara qitə”də “İlin ən yaxşı futbolçusu” adına üç namizədin olduğunu açıqlayıb.
Korner.az-ın məlumatına görə, bunlar: Pyer Emerik Obameyanq (“Borussiya” Dortmund, Qabon), Andre Ayyu (“Suonsi”, Qana) və Yaya Turedir (“Mançester Siti”, Kot-d`İvuar).
Qeyd edək ki, əvvəlki siyahıda Məhəmməd Səlah (“Roma”, Misir), Yasin Braimi (“Porto”, Əlcəzair), Sofian Fequli (“Valensiya”, Əlcəzair, Serj Orye (PSJ, Kot-d`İvuar), Sadyo Mane (“Sauthempton”, Seneqal), Aymen Abdennur (“Valensiya”, Tunis) və Mudatir əl-Tahirin (“Əl-Hilal” Omdurman, Sudan) də adları var idi.
