Afrikada ilin ən yaxşısı: Salah, Mane və digərləri…
18.11.2018 , 11:53
Afrikada ilin ən yaxşısı futbolçusu adına namizədlər açıqlanıb.
Siyahıda “Liverpul”dan Sadio Mane və Məhəmməd Salah, “Yuventus”dan Mehdi Benatia, “Atletiko”dan Tomas Parti və “Napoli”dən Xalidu Kolibalinin adları yer alıb. Səsvermə dekabrın 2-nə qədər davam edəcək. Qalibin adı isə həmin ayın 14-də açıqlanacaq.
Qeyd edək ki, ötən mövsüm Salahın qazandığı mükafat 1992-ci ildə təsis olunub. Bu, 2001-ci ilə kimi bütün idman növləri üzrə ilin ən yaxşı afrikalısına verilirdisə, son 17 ildə ancaq futbolçulara təqdim olunur.
