“Mançester Siti”nin və Fildişi Sahili yığmasının ulduz futbolçusu Yaya Ture ölkəsi Afrikada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Korner.az-ın məlumatına görə, səsvermədə o, Obi Mikel, Abumeyanq, Viktor Moses və Conatan Pitroypa, Didye Droqb kimi futbolçuları qabağlayıb.
Qeyd edək ki, Yaya Ture bundan öncə 5 dəfə bu mükafata namizəd olub.
