Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib.
Korner.az-ın məlumatına görə, mərhələnin ilk oyununda Burkina Faso Tunisi 2:0 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Digər oyununda isə Kamerun və Seneqal münasibətlərinə aydınlıq gətiriblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın taleyini penaltilər həll edib. Kamerun 5:4 hesabıyla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.
Afrika Millətlər Kuboku, 1/4 final
Burkina Faso – Tunis 2:0
Qollar: Banse, 81. Nakulma, 85.
Seneqal – Kamerun 0:0 pen (4:5)