Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi
08.02.2021 , 16:36

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, final matçında Mərakeş Mali ilə qarşılaşıb. Görüş birincilərin 2:0 hesablı qələbəsi lə başa çatıb.
Bununla da Mərakeş titulunu qorumuş olub. 2 il əvvəl komanda finalda Nigeriyanı 4 cavabsız qolla məğlub edərək, bu ada yiyələnib.
Afrika Millətlər kuboku iki ildən bir keçirilir. Turnirdə yalnız yerli liqalarda çıxış edən futbolçular iştirak edir.
