Afrika Millətlər Kubokunun ən yaxşısı
19.01.2026 , 11:30
Afrika Millətlər Kubokunun ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu titul Seneqal millisinin hücumçusu Sadio Maneyə verilib.
33 yaşlı futbolçu turnir ərzində 2 qol vurub və 3 məhsuldar ötürmə həyata keçirib.
Qeyd edək ki, Afrika Millətlər Kubokunu Seneqal millisi qazanıb. Final matçında komanda Mərakeşi 1:0 hesabı ilə məğlub edib.