Afrika Millətlər Kuboku-2017-nin seçmə mərhələsi çərçivəsində keçirilən Keniya – Qvineya-Bisau qarşılaşması yarımçıq dayandırılıb.
Korner.az-ın BBC-yə istinadən məlumatına görə, buna səbəb qonaqların hesabı açmasından sonra ev sahibi komandanın azarkeşlərinin meydana alışdırıcı maddələr atmaları olub.
Bir qrup azarkeş isə meydançaya axışıb. Bundan sonra hakimlər komandalara paltardəyişmə otağına getməyi tapşırıb. Polisin su şırnaqları ilə müdaxiləsindən sonra fanatları sakitləşdirmək mümkün olub və 83-cü dəqiqədən davam etdirilən matç Qvineya-Bisaunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

