Afrika Millətlər Kuboku təxirə salındı
27.05.2020 , 17:50

2021-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər Kuboku turniri təxirə salınıb.
Korner.az xəbər verir ki, yarış 2022-ci ildə Kamerunda keçiriləcək.
Ötən il Misirdə keçirilən Afrika Millətlər Kubokunun qalibi Əlcəzair yığması olub.
