“Qarabağ”ın hücumçusu Dino Ndlovu gələn ay Çinin “Xançjou Qrintaun” klubu ilə müqavilə imzalaya bilər.
Belə bir iddia ilə Cənubi Afrika mətbuatı çıxış edib. Bildirilir ki, Ağdam klubu forvardın keçidinə razılıq verib. Tərəflər 750 min avroya razılaşıblar.
Məlumatda Ndlovunun iki illik sözləşməyə qol çəkəcəyi qeyd olunub.
