Afrika kubokunun final mərhələsində mübarizə aparacaq bütün komandalar müəyyənləşib.
Korner.az–ın məlumatına görə, final mərhələsinə 16 ölkənin komandası yüksəlib.
CAR, Əlcəzair, Qabon, Kamerun, Qana, Tunis və Kabo Verde milliləri qrup lideri, Konqo, Mali, Burkina-Faso, Fil Dişi Sahili, Qvineya, Zambiya və Seneqal isə qrup ikincisi kimi turnirə vəsiqə əldə edib. Konqo Demokratrik Respubliksı ən yaxşı 3-cü yerin sahibi kimi final mərhələsində iştirak hüququ qazanıb. Ekvatorial Qvineya millisi isə final mərhələsində təşkilatçı ölkə kimi iştirak edəcək.
Final mərhələsi gələn il keçiriləcək.
