Afrika kubokuna ev sahibliyi edəcək ölkənin adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, gələn il 17 yanvar – 8 fevral tarixlərində keçiriləcək turnir Ekvatorial Qvineyada təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl bu turnirin Mərakeşdə keçirilməsi nəzərdə tutulurdu. Ancaq Ebola virusuna görə Mərakeş turnirə ev sahibliyi etməkdən imtina edib.
