Afrika Millətlər Kubokunun 1/4 finalında Tunis – Ekvatorial Qvineya matçında fit sahibi olmuş Siçurn Racindrapasard 6 ay müddətinə diskvalifikasiya olunub.
Korner.az-ın Goal.az-a istinadən verdiyi xəbərə görə, Afrika Futbol Konfederasiyası (CAF) Mavrikidən olan referini oyuna nəzarəti əldən veriyinə görə cəzalandırıb. Eyni zamanda Racindrapasard elit hakimlər kateqoriyasından çıxarılıb. CAF İntizam Komitəsinin iclasında isə Tunis Futbol Federasiyası oyunçular və rəsmi şəxslərin qeyri-peşəkar davrnışına görə 50 milyon dollar cərimələnib. Bundan başqa Tunis Futbol Federasiyası fevralın 5-nə kimi CAF-dan üzr istəməlidir. Əks halda Tunis millisi növbəti Afrika Millətlər Kuboku iştirakçıları arasından çıxarılacaq. Ekvatorial Qvineya Futbol Federasiyası isə 1/4 finalda təhlükəsizliyi lazımi səviyyədə təmin etmədiyindən 5 min dollar cərimə ödəməli olacaq.
Qeyd edək ki, qalmaqallı 1/4 final matçından sonra Tunisin baş məşqçisi Corc Likens baş hakimi meydan sahiblərinin qələbəsini təmin etməkdə günahlandırmışdı. Tunis Futbol Federasiyasının prezidenti Vadi Cari isə buna etiraz olaraq CAF üzlüyündən çıxdığını elan etmişdi.
