AFFA “Zirə”nin şikayətini təmin etmədi
04.07.2022 , 13:00

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apellyasiya şikayətini təmin etməyib.
Korner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin iyunun 3-də “Zirə”nin məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə bir oyun əlavə olunması və klubun 800 manat cərimələnməsi barədə qərar qüvvədə saxlanılıb.
Yaqublu “Qarabağ”a penaltilər seriyasında uduzduqları Azərbaycan Kubokunun final matçında cəzalı (10 oyunluq) olduğu halda meydana daxil olmuşdu.
