AFFA “Zirə”nin şikayətini təmin etdi
22.10.2020 , 17:32

Apellyasiya Arbitraj Tribunalı “Zirə” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətini təmin edib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, AFFA İntizam Komitəsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə 03.10.2020-ci ildə Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibi klubun 800 manat cərimələnməsi qərarı ləğv edilib.
