AFFA “Zirə”nin şikayətini qismən təmin etdi
22.04.2025 , 16:56

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayətini qismət təmin edib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Aprelin 12-də “Qarabağ”la qarşılaşmada rəqibi təhqir edən futbolçunun 3 matçlıq cəzasının ikisi şərti olaraq dəyişdirilib.
Qurban Cəlilova 3 aylıq sınaq müddəti təyin edilib.
