AFFA “Zirə”nin şikayəti təmin etmədi
10.03.2020 , 12:54

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Korner.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda “Zirə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Belə ki, “Zirə”nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
