AFFA “Zirə”ni 2400 manat cərimələdi
06.10.2020 , 15:46

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Toplantıda Azərbaycan Premyer Liqasının V turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Keşlə” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Sumqayıt” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda ev sahibi stadiona gec gəldiyinə görə klub 800 manat cərimələnib. Qəsəbə təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Ehtiyat qapı standartlara uyğun olmadığı üçün “Zirə” 800 manat cərimə olunub.
