Ölkə futbolu

AFFA yeni tərəfdaşlığa başladı

03.09.2020 , 16:18

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.

Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yaylb.

2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.

“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.

Son yazılar

Yuxarı