Premyer Liqanın teleyayım hüququ Peşəkar Futbol Liqasından alınaraq AFFA-ya verilib.
Korner.az-ın xəbərinə görə, bu haqda jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, telekanallar tender üçün AFFA-ya müraciət etməlidir.
Abdullayevin sözlərinə görə, teleyayımdan gələn pul Premyer Liqadakı 12 klub arasında bölünəcək.
