AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclasını keçirib.
Korner.az-ın məlumatına görə, iclasda “Neftçi”nin futbolçusu Elvin Yunuszadə barədə müraciətə nəzər yetirilib. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunaraq 20.05.2014-cü il tarixli qərara qismən dəyişiklik edilib:
AFFA-nın İntizam Komitəsinin “Neftçi”ni futbolçusu Elvin Yunuszadə barədə çıxardığı 20.05.2014-cü il tarixli qərar qismən dəyişdirilsin. Futbolçu Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
