21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Onun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.
Vahabzadə 2015-ci ildən U-21 millimizi çalışdırırdı.
