Məşhur almaniyalı müğənni Oceana FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatmasında iştirak etməyəcək. Korner.az-ın məlumatına görə, qonağın ölkəmizə gözlənilən səfəri alınmayıb. Bununla da Oceananın həm saat 19:00-da başlayacaq püşkatmanın bədii hissəsində, həm də ondan 2 saat sonra Milli Parkda təşkil olunacaq konsert proqramında çıxışı baş tutmayacaq.