Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu gün AFFA-nın əməkdaşları və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.
