AFFA-nın hər iki qruma mürciətinə baxılacaqmı?
AFFA FİFA və UEFA-ya müraciət ünvanlayıb.
Korner.az-ın məlumatına görə, qrumun müraciət ünvanlamasına səbəb Dağlıq Qarabağın separatçı rejimin futbol yığması Abxaziya yığması ilə yoldaşlıq oyunu keçirməsi olub.
Sözügedən məsələ AFFA tərəfindən birmənalı qarşılanmayıb və dərhal hər iki ali qruma müraciət ünvanlanıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və bir daha belə bir halın yaşanmaması müraciətdə qeyd olunub.
Qeyd edək ki, Xankəndində baş tutan görüş ermənilərin qələbəsi ilə başa çatıb – 3:0.
