Bu gün AFFA intizam komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatıa görə, 22 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XXI turunun “Simurq” – “Bakı” matçında “Simurq” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Matç başa çatdıqdan sonra “Bakı” klubun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sındırıldığı üçün “Bakı” klubu dəymiş zərərə uyğun olaraq “Simurq” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Rəvan” – “Qarabağ” oyunun 67-ci dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu Vauderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, kub 3000 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçının 1-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr meydançaya atıldığı üçün klub 2000 manat cərimə olunub.