Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, XXI Topaz Premyer Liqasının VIII turunun AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Turun digər araqlı qarşılaşması olan "Bakı” – “Qəbələ” matçında birincilərin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Matçın 43-cü dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb və komandası 200 manat cərimələnib.
Gəncədə baş tutan “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 66-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Rauf Əliyev simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilmişdir. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilib.
