Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqanın oyunlarında baş verən bəzi hadisələrlə bağlı qərar verilib.
Topaz Premyer Liqanın XXIII turunun “Bakı” – “Neftçi” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” oyunun 63-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat edilib.
Oyunun 81-ci dəqiqəsində “Simurq”un futbolçusu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqanın XXIII turunun “Rəvan” – “Xəzər Lənkəran” oyununun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
