AFFA İntizam Komitəsi hakim Rəhim Həsənovun verdiyi qərarı ləğv edib.
Korner.az-ın məlumatına görə, gənc hakim “Xəzər Lənkəran” – AZAL matçının 34-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Pitə simulyasiyaya görə sarı vərəqə göstərmişdi.
Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Adrian Pitə göstərilən sarı vərəqə ləğv edilib.
