Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunları barədə yeni qərar qəbul etmişdi.
Korner.az-ın məlumatına görə, televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi – CBC TV kanalı – Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi.
Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official ) kanalında nəzərdə tutulurdu.
CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdir.
AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.
