“Qalatasaray” və “Fənərbaxça” arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciəti AFFA tərəfindən cavablandırılıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb.