AFFA “Turan Tovuz”un şikayətini təmin etmədi
16.05.2024 , 18:00

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
Korner.az xəbər verir ki, qurum “Turan Tovuz”un şikayətini təmin etməyib.
“Zirə” ilə oyunda Roderik Millerin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanması və “Turan Tovuz” klubunun 3000 manat cərimə edilməsi qüvvədə saxlanılıb.
Bu isə o deməkdir ki, panamalı müdafiəçi üçün mövsüm erkən başa çatıb.
