AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə futbolunda önəmli işlər görən Süleyman Hurmayla Avstriyada keçiriləcək təlim-məşq toplanışında görüş keçirəcək.
Korner.az-ın məlumatına görə, Rövnəq Abdullayev Süleyman Hurmanı milli komandanın idman direktoru vəzifəsinə gətirmək istəyir. Tərəflər 28 may tarixində Avstriyada görüşəcəklər.
Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki 2012/13-cü illərdə “Kayserispor”u çalışdıranda Süleyman Hurma klubun idarəçilərindən olub.
