AFFA top payladı
17.11.2022 , 14:46

Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edən klubların istifadəsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində AFFA tərəfindən Peşəkar Futbol Liqasına 630 (altı yüz otuz) ədəd top verilib.
Korner.az xəbər verir elitada çıxış edən hər bir klub üçün 30 (otuz), Divizion komandalarının hər birinə 20 (iyirmi) top ayrılıb.
30 (otuz) top isə PFL üçün nəzərdə tutulub.
