AFFA “Sumqayıt” və “Qarabağ”ı cərimələdi
28.12.2023 , 12:32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantında Azərbaycan Premyer Liqasının XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);