AFFA İntizam Komitəsinin kubokun finalı ilə bağlı qərarlar qəbul olunub.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç də, cəzalandırılıb. Klubun istefa verən rəisi Güloğlan Cabbarov, futbolçusu Mahir Şükürovun cəzalandırılacağı gözlənilsə də, İK serb qapıçını da cəzalandırılanlar sırasına daxil edib. Stamenkoviçin 2 və ya 3 oyunluq cəzalandığı bildirilir.
Ümumilikdə isə "Neftçi" tərəfdən cəzalandırılanlar daha çoxdur.
Birazdan İK-in qərarları çıxacaq.