Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının XI turunun AZAL – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XI turunun “Turan” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib.
Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib.
Oyun başa çatdıqdan sonra “Simurq” klubunun meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5 min manat cərimə olunub.
