AFFA “Səbail”in şikayətini təmin etmədi
04.04.2025 , 19:54

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Korner.az xəbər verir ki, federasiya tribubalın qərarlarını açıblayıb.
“Səbail” komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayət təmin edilməyib.
Misli Premyer Liqasında 26-cı turun “Zirə” – “Səbail” oyununda Süleyman Alluşun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli
qərarı qüvvədə saxlanılıb.
Bunda başqa, I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə də baxılıb.
Nəzərli Muxtar Mehman oğlunun danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınıb.
