AFFA rəsmisinə yeni təyinat
18.05.2022 , 16:58

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, o, mayın 19-da keçiriləcək A qrupunun Almaniya – Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.
Avropa çempionatı iyunun 1-də başa çatacaq.
