AFFA rəsmisinə UEFA-dan yeni təyinat
24.07.2023 , 17:51
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli funksioner Uelsdə TNS və Lüksemburq “Svift”i arasında keçiriləcək Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 3-də oynanılacaq.