AFFA rəsmisinə UEFA-dan təyinat
20.11.2019 , 17:01

Azərbaycan milli komandasının meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
Korner.az xəbər verir ki, noyabrın 27-də Bratislavadakı “Milli futbol stadionu”nda UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Slovan” (Bratislava, Slovakiya) – “Reyncers” (Şotlandiya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
