AFFA rəsmisinə UEFA-dan təyinat
06.10.2020 , 17:55

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Korner.az xəbər verir ki, Mehtiyeva Millətlər Liqasının qrup mərhələsində Ukrayna və İspaniya komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 13-də Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq
