AFFA rəsmisinə beynəlxalq təyinat
09.06.2022 , 16:38

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, UEFA Millətlər Liqasının A liqasının 4-cü qrupunda iyunun 11-də Kardiff şəhərində keçiriləcək Uels – Belçika oyununun hakim-inspektoru avstriyalı mütəxəssis olacaq.
