AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat aldı
16.02.2022 , 16:22

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Korner.az xəbər verir ki, qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsində fevralın 23-də, İzmirdəki “Gürsel Aksel” stadionunda keçiriləcək Türkiyə – Serbiya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
